"Azəriqaz"ın "Açıq mikrofon"u Qımılqışlaqda quruldu
SOCAR “Azəriqaz”İstehsalat Birliyinin “Səyyar qəbul otağı” Xaçmaz rayonunda, daha dəqiq Qımılqışlaq kəndində təşkil olunub.
Redaktor.az xəbər verirki, aksiyada səslənən 7 müraciəti bir istək birləşdirib - Qımılqışlaq kəndinin genişlənən ərazisinin qazlaşdırılması.
Qalan 1 müraciət isə mavi yanacaqla təchiz olunmuş kənddəki küçə qaz xəttinin təmir edilməsindən ibarət olub.
Xaçmaz RQİİ-nin rəhbər şəxsləri səslənən müraciətlərin qısa zaman ərzində
Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunması istiqamətində addımların atılacağını bildiriblər.