Üç rayonun polis rəisləri dəyişdirildi - ADLAR

 15:47 06.06.2023     1179

Bir neçə rayonun polis rəisləri dəyişdirilib.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məmməd Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumatı Redaktor.az-a təsdiqləyib.