Hesablama Palatası Naxçıvanda yoxlamalara başladı

 17:18 06.06.2023     484

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində yoxlama aparır.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Hesablama Palatasının 2023-cü il üzrə iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində kənar dövlət maliyyə nəzarəti tədbirləri davam etdirilməkdədir.