Bakının bəzi ərazilərində su kəsiləcək

 18:22 06.06.2023     586

Bu gün Bakının Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.