Qəbələdə sel yolu yararsız hala saldı - FOTO

 11:51 07.06.2023     301

Dünən gecə saatlarından başlayan leysan xarakterli yağış Qəbələdə də fəsadlar törədib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, güclü leysan nəticəsində Qəbələnin Laza kəndinə gedən yolu sel suları yuyub. Nəticədə yol yararsız hala düşüb, Laza kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.

Çaylarda hələ də bolsululuq müşahidə olunur.

Qəbələdə sel yolu yararsız hala salıb - FOTO Qəbələdə sel yolu yararsız hala salıb - FOTO Qəbələdə sel yolu yararsız hala salıb - FOTO Qəbələdə sel yolu yararsız hala salıb - FOTO