Ötən sutka 3-ü azyaşlı olmaqla 15 nəfər xilas edildi - VİDEO

 12:03 07.06.2023     309

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Qax rayonuda qəflətən sel gəlməsi nəticəsində “Qazel” markalı yük avtomobilinin Əmircan çayında batması nəticəsində təhlükəli vəziyyətdə qalan 1 nəfər və Naxçıvan şəhərində dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.