Sel bu yolu yuyub apardı

 14:00 07.06.2023     648

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Redaktor.az-a verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvəs cəlb olunub.

Bildirilib ki, alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Qeyd olunub ki, sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.