Salyan şəhərinə içməli suyun verilişi bərpa olundu

 22:25 07.06.2023     212

Salyan şəhərinə içməli suyun verilişi bərpa edilib.

Bu barədə Redaktor.az-a rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, ötən gün Salyan şəhəri də daxil olmaqla, Babazənan yaşayış massivinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Şəhərdə su şəbəkəsinin genişləndirilməsi ilə bağlı içməli suyun verilişində fasilələr yaranıb.