AQTA sədrindən süni düyü barədə AÇILQLAMA

 13:51 08.06.2023     229

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəmirdən düyü hazırlanması halına rast gəlməyib".

Redaktor.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, agentlik tərəfindən aparılan monitorinqlərdə bu hala rast gəlinməyib:

"Hər bir məhsul kimi düyünün də genetik daşıyıcısı var. O plastik və xəmirdən olarsa, DNK-si ola bilməz. Düyü ilə bağlı bu cür məlumatlar yalandır. Düyü xalisdir".