"Onlar başqalarının həyatı üçün təhlükə yaradır" - Deputat cərimə artımını dəstəklədi

 14:34 08.06.2023     625

Ötən gün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində bir sıra cərimələrin artırılması bağlı qərar qəbul olunub. Yeni dəyişikliyə əsasən, yol hərəkəti ilə bağlı qaydaları pozanlar əvvəlkindən daha artıq cərimə ödəməyə məcbur olacaqlar.

Bu cərimələrin artırılmasına əsas varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Fazil Mustafanın sözlərinə görə, bu, yol hərəkət qaydalarında cərimə artırılması kimi xarakterizə olunmamalıdır.

“Qanunda görmək olur ki, bu məsələ əks istiqamətdə xuliqanlıq məqsədi ilə nəqliyyatı idarə eləyənlər, içkili vəziyyətdə və yaxud narkotik vasitələrdən istifadə edərək idarə eləyənlər üçün nəzərdə tutulur. Onlar başqalarının həyatı üçün təhlükə yaradır. Bu dəyişilikər həmin şəxslərin tabeliyində olan nəqliyyat vasitələrinin müəyyən qanun pozucu fəaliyyətinə yönəlik dəyişikliklərdir. Burda konkret vətəndaşın marağına toxunan məsələ yox, əksinə onun təhlükəsizliyini qoruyan məsələ var. Digər məsələlərdə əgər cərimələr artsaydı, bunu söyləmək olardı. Amma indiki vəziyyətdə konkret bu situasiya nəzərdə tutulur. Bu, vətəndaşın təhlükəsizliyini qorumağın daha sərt formasının seçilməsidir”,-deyə deputat qeyd etdi.

Arzu İSMAYIL