Salyandan Rusiyaya qaçan şəxs tutuldu
Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Salyan RPŞ tərəfindən barəsində ölkələrarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Vüsal Quliyev Rusiya ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Bildirilir ki, V.Quliyev oğurluq əməlində ittiham edilir. Onun barəsində Salyan RPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə iş açılıb.