Cari ildə "Azəriqaz"a daxil olan müraciətlərin sayı AÇIQLANDI

 12:02 09.06.2023     423

"Birliyin Şikayətlərin araşdırılması şöbəsinə 2023-cü ilin 5 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5474 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, 2548  müraciət "Opentext" proqramı vasitəsilə, 2926 müraciət isə elektron formada daxil olub:

""Opentext" proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 5 ayı ilə müqayisədə 186 müraciət az təşkil edir. Göstərilən müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub".

 Həmidə İBRAHİMLİ