“Azəriqaz” bu il 120 kilometrə yaxın qaz kəmərini yeniləyib

 12:34 09.06.2023     333

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi bu il 120 kilometrə yaxın uzunluğunda yeraltı və yerüstü korroziyaya uğramış və istismar müddəti bitmiş qaz kəmərlərinin dəyişdirilməsini həyata keçirib".

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" istehsalat birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, ötən il bu göstərici 219,9 kilometr səviyyəsində olub, bunda əlavə, qaz kəmərlərinin üzərində olan avadanlıqlarda dəyişdirilməsi həyata keçirilib və bunun nəticəsində atmosferə atılan istixana effekti yaradan qazların həcmini 157,7 min tona (karbon ekvivalenti) endirməyə imkan yaradıb (hədəf 167 min tonu keçməmək idi).

Bu il üçün qeyd olunan göstərici üzrə hədəf göstərici kimi 162 min ton (karbon ekvivalenti) “Azəriqaz”ın qarşısında qoyulub.

Həmidə İBRAHİMLİ