Laçın sərhəd məntəqəsində ermənilərin yeni GÖRÜNTÜLƏRİ

 14:58 10.06.2023     638

Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir.

Redaktor.az iyunun 10-da buraxılış məntəqəsində çəkilmiş videogörüntünü təqdim edir.

Videoda sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmadığı görünür.

Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub (report).