Bu tarixədək rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

 17:02 12.06.2023     643

Azərbaycanın rayonlarında iyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Redaktor.az xəbər verir ki, şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keşəcəyi gözlənilir.