"Belə mütəmadi yağıntılar arpa biçinini ləngidir" - Ekspert

 13:14 13.06.2023     818

"Yağışların yağmasının və ya çox olmasının yaz bitkilərinə heç bir mənfi təsiri yoxdur".

Bu sözləri Redaktor.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Cəfər İbrahimli ölkə ərazisində keçən qeyri-sabit havanın kənd təsərrüfatına təsirləri barədə danışarkən bildirdi.

"Qaldı ki, payızlıq əkinlərə əsasən, indi bizdə arpa biçin vaxtıdır və bundan sonra da buğda biçiləcək. Belə mütəmadi yağıntıların olması arpa biçinini ləngidir və bir də məhsula da müəyyən qədər ziyan vurur. Keyfiyyətin aşağı düşməsinə səbəb olur. Bunun xaricində lokal baş verən hadisələr, daşqın hadisələrinin müəyyən ərazilərə fəsad törətməsi Azərbaycanda məhsullarda o qədər də ciddi qiymət dəyişikliyinə, mal çatışmazlığına, bazara mal gəlməməyinə indiki vaxtda ciddi təsir edəcəyini düşünmürəm", - deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ