Səfərbərlik Xidməti ümummilli liderə həsr olunmuş rəsm müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTO

 17:06 13.06.2023     1119

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Dövlətçiliyin xilas günü” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.     

Redaktor.az xəbər verir ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov bildirib ki, bugünkü müstəqil Azərbaycanın memarı və qurucusu, ölkəmizin bütün sahələrinin inkişafında misilsiz xidmətlərə imza atmış ulu öndər Heydər Əliyev adı xalqımızın iftixar və qürur mənbəyidir. “Dövlətçiliyin xilas günü” adlı rəsm müsabiqəsinin cəmiyyətdə böyük maraqla qarsalandığını, müsabiqədə təqdim edilən rəsm əsərinin gənclərin Ulu Öndərin xatirəsinə yüksək ehtiramının göstəricisi olduğunu söyləyib.

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, xalqımızın taleyində müstəsna rol oynayan ümummilli lider Heydər Əliyev bütün həyatı boyu respublikamızın inkişaf və tərəqqisi uğrunda çalışaraq xilaskarlıq missiyası müvəffəqiyyətlə həyata keçirib.  

SHXÇDX aparatının şöbə rəisi Seymur Şeydayev ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil respublikamızın Prezident cənab İlham Əliyevin reallaşdırdığı uğurlu siyasət nəticəsində dünyada güclü və nüfuzlu dövlətə çevrildiyini ifadə edib. 

Daha sonra qaliblərin adları açıqlanıb.  Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Əliyeva Tofiqə Elşən qızı, 2-ci yerə Maxsudlu Misir Bahadur oğlu, 3-cü yerə isə Qurbanova Elgünə Elşad qızı layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.

Həmçinin Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının inzibati binasında müsabiqədə iştirak edən gənclərin əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

2222222222