Əqli Mülkiyyət Agentliyinin yeni elektron xidməti fəaliyyətə başladı

 11:53 14.06.2023     246

Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apellyasiya Şurasının Elektron Portalı yaradılıb.

Agentliyin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, layihənin məqsədi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi, Apellyasiya Şurasına müraciət edilməsi, sənədləşmə prosesində müraciətçilərin, iş üzrə tərəflərin və ya Apellyasiya Şurası üzvləri tərəfindən kargüzarlığın aparılması ilə bağlı işlərin elektronlaşdırılması, sürətləndirilməsi və effektivliyinin artırılmasıdır.

Qeyd edək ki, bu elektron xidmət Agentliyin daxili resursları hesabına hazırlanıb.