Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan etdi

 12:20 14.06.2023     320

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilməlidir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan olunacaq və mükafatlandırılacaq.