Azərbaycanda elektrik enerjisinin istehsalı 5 %-dən çox artıb

 15:23 14.06.2023     289

Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 11 milyard 886,5 milyon kVt/saat təşkil edib.

Bu barədə Redaktor.az Energetika Nazirliyinin 2023-cü ilin 5 ayı üzrə operativ məlumatlarına əsasən xəbər verir.

Bildirilib ki, ölkədə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 629,3 milyon kVt/saat, yəni 5,6 % artıb.

Bu ilin may ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 034,3 milyon kVt/saat olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,9 milyon kVt/saat və ya 1,4 % çoxdur.