Ərdəbili sel vurdu

 23:59 14.06.2023     363

İranın Ərdəbil vilayətinin Gərmi şəhərində sel nəticəsində 1 nəfər ölüb, 5-i itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında Gərmidə baş verən dəhşətli sel nəticəsində 1 nəfər ölüb, 5 nəfər itkin düşüb.

 

Sel nəticəsində Əncirlu körpüsü çöküb, Biləsuvar-Gərmi yolu bağlanıb.