Şuşada beynəlxalq konfrans keçirildi

 21:42 15.06.2023     353

Şuşada Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, iyunun 15-də Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib.

 

Əvvəlcə konfrans iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır.

Çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, bu gün biz Şuşada 15 İyun – Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünü qeyd edirik. “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfransda iştirak etməkdən qürur duyduğunu söyləyən Binəli Yıldırım “Dəvət üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirik. Türk dünyasının seçilən iki dövləti - Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələr daim zirvədə olacaq” ,- deyə vurğulayıb.

Konfransın sonunda xatirə fotosu çəkdirilib.

Konfrans iştirakçıları Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Daha sonra Yuxarı Gövhərağa məscidi və Saatlı məscidini ziyarət edib, Ümummilli Liderimizin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Qarabağ” fotosərgisinə və XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.

Foto

Şuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilibŞuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilibŞuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilibŞuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilibŞuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilibŞuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ikinci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib