Bu rayona gedənlərin NƏZƏRİNƏ! - Qaya parçaları yolu BAĞLADI

 10:21 16.06.2023     787

Ötən gün axşam saatlarından etibarən Quba rayonun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

Redaktor.az xəbər verir ki, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər davam etdirilir (apa).