"Taksi şirkətləri sərnişinlər haqqında bütün məlumatları xaricə ötürür" - Deputat

 12:25 16.06.2023     762

Azərbaycanda taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

"Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür. Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir", - deyə o qeyd edib (report).