Hökumət portalllarının işləməməsinin səbəbi AÇIQLANDI

 15:13 16.06.2023     369

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən idarə edilən "e-gov.az" və "my.gov.az" portallarının fəaliyyətində problem yaranıb.

Redaktor.az xəbər verir ki, problem "AzInTelekom" MMC-nin sistemində yaranmış nasazlıqla bağlıdır.

Qurumdan"Report"a bildirilib ki, “AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır.

Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər.

Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

“AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik", -deyə açıqlamada bildirilir.