Gömrük Komitəsi məhkəməyə verildi

 16:10 16.06.2023     397

Dövlət Gömrük Komitəsi (DGK) məhkəməyə verilib. 

Redaktor.az xəbər verir ki, valyuta.az-ın məlumatına görə, Elnur Mirzəyev general-leytinant Şahin Bağırovdan yenidən gömrük komitəsindəki işinə bərpa olunasını tələb edir. 

İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Elnur Mirzəyevin Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin sabiq rəisi, general-mayor Kənan Məmmədovun yaxın adamı olduğu deyilir. Kənan Məmmədov ötən ilin sentyabr ayında vəzifəsindən çıxarılıb.