Ölkə ərazisində faktiki hava açıqlandı - şimşək, leysan, sel...

 18:21 16.06.2023     1089

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçalada və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Redaktor.az xəbər verir ki, saat 14:20 radələrində Göygöl rayonu ərazisindən axan Kürəkçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.