Vilayət Eyvazov bu rayona rəis müavini təyin etdi

 23:27 16.06.2023     690

Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib. 

Redaktor.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Asəf Əhmədov şöbənin xidmət üzrə rəis müavini təyin olunub. 

Qeyd edək ki, Asəf Əhmədov 2018-ci ildən sonuncu təyinatadək Salyan Rayon Polis şöbəsinin rəis müavini vəzifəsində çalışıb (Qaynarinfo).