Yaqub Eyyubovun ailəsinə ağır itki üz verdi - FOTO

 10:44 17.06.2023     848

Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun ailəsinə ağır itki üz verib. 

Redaktor.az "qaynarinfo"ya istinadla xəbər verir ki, Y.Eyyubovun bacısı Amaliya Əyyubova Abdulla qızı vəfat edib. 

Qeyd edək ki, professor Amaliya Əyyubova ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müəllimi, həkim-pediatr idi.