TƏBİB rəhbəri pandemiya ilə bağlı son vəziyyəti açıqladı
"COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejimi davam edir. Buna uyğun olaraq tibb müəssisəsində koronavirus xəstələrinin müalicəsi aparılır".
Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, stasionar və ya ambulator şəkildə müalicə alan xəstələrə yardımlar göstərilir: "Ölkədə karantin rejimi davam etdiyindən müalicə üsulu da əvvəlki səviyyədə olduğu kimi qalır" (report).