İcra başçısının müavini işdən çıxarıldı
Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev vəzifəsindən azad edilib.
Redaktor.az bu barədə faktmedia.az-a istinadla məlumat verir.
Bildirilir ki, Mahir Mirzəyev işdən çıxmaqla bağlı ərizə yazıb.
O, uzun müddətdir ki, Yardımlıda icra başçısının müavini vəzifəsini tuturdu.