"Nədir bilet kassasının qarşısındakı bu zəhlətökən növbələr?" - Deputat şikayətləndi

 10:47 19.06.2023     349

"Yenə bir aydan artıqdır ki, Naxçıvana bileti böyük bir problemə çevirdilər. İran yolu bağlayıb, bircə təyyarə yolu qalıb. Tələbat varsa, təyyarələrin sayını artırın. Bir neçə il öncə bileti 60 manata qaldırdılar, onsuz da kimsə bu qiymətə keyfindən Naxçıvana getmir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa öz "Facebook" səhifəsində paylaşıb.

"Adamın ölüsü var, dirisi var, xəstəsi var, doğma yurd həsrəti var. Nədir bilet kassasının qarşısındakı bu zəhlətökən növbələr? 21-ci əsrdə bilet üçün bu qədər növbə olar? Qadını, yaşlısı, uşağı bilirsiniz nə çilə çəkir? Elektron bilet satışını deyirdiniz, hanı o biletlər? Kim məsuliyyət daşıyır buna? Təcili əncam çəkilməlidir",- deyə deputat qeyd edib.

Həmidə İBRAHİMLİ