Türkiyənin aşağıbüdcəli şirkəti İzmirdən Bakıya uçuşlara başladı

 12:25 19.06.2023     358

İyunun 18-dən etibarən İzmir-Bakı-İzmir marşrutu üzrə birbaşa uçuşlar həyata keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Trend”ə “AnadoluJet”dən bildirilib.

Xatırladaq ki, bir müddət öncə KİV-də 16 iyun tarixində “AnadoluJet”in İzmir-Bakı-İzmir marşrutu üzrə birbaşa uçuşlarının həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, “AnadoluJet” Türkiyənin aşağıbüdcəli hava şirkətidir.