Ermənistan parlamentində Qarabağla bağlı dinləmələr olacaq
"Ermənistan parlamentinin 2020-ci ildə Dağlıq Qarabağda hərbi əməliyyatların araşdırılması üzrə müvəqqəti komissiyası iyunun 27-də baş nazir Nikol Paşinyanın iştirakı ilə dinləmələri davam etdirəcək".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə komissiyanın rəhbəri, “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib:
“Komissiya üzvləri iyunun 27-də baş nazirə qeyri-məhdud sayda sual vermək imkanı əldə edəcəklər".
Xatırladaq ki, Paşinyan bu gün komissiyanın iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Ermənistan və Azərbaycanın 2020-ci ilin sentyabr və oktyabr aylarında niyə hərbi əməliyyatları dayandırmadığı və niyə üçtərəfli saziş imzalamağa məcbur edildiyi barədə sensasion açıqlamalar verib.
Tunar Altunbay