Azərbaycanda dördgünlük iş həftəsi ola bilər? - Nazir müavinindən AÇIQLAMA

 12:54 21.06.2023     815

“Bəli, zaman-zaman iş 4 günlük olsun və s. kimi məsələlər qalxacaq. Bəzi ölkələr bu təkliflə çıxış ediblər. Amma burada niyyətlər müxtəlifdir".

Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.

"Bir tərəfdən düşünmək olar ki, bu, işçilərin daha asudə vaxt əldə etməsi üçündür, amma digər tərəfdən fikirləşmək olar ki, bu, şirkətlərin maddi cəhətdən daha çox qənaət etməsinə hesablanıb. Buna görə bunun kimi məsələlər ölkələrdə pilot layihə olaraq tətbiq olunur”, - deyə o, qeyd edib.