26 yaşlı qazi qəfil vəfat etdi

 22:55 21.06.2023     587

Vətən müharibəsi iştirakçısı Mehdiyev Rəşad Rəşid oğlu qəfil vəfat edib.

Redaktor.az xəbər verir ki, o, ötən gün beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Məlumatı mərhumun yaxınları təsdiqləyib.

Qeyd edək ki, 26 yaşlı Rəşad Mehdiyev Vətən müharibəsinə könüllü yollanıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib (Gundem.az).