Onkoloji xəstəliklər niyə icbari tibbi sığortaya daxil edilmir? - Deputatdan AÇIQLAMA

 18:13 22.06.2023     810

Məlum olduğu kimi, icbari tibbi sığortaya onkoloji xəstəliklərin müalicəsi daxil deyildir.

Ötən ildə bunun bağlı Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib ki, bir qrup xəstəliklər var ki,  ictibari sığorta ilə əhatə olunmayıb.

“Onlar arasında onkoloji xəstəlikləri mən xüsusilə qeyd etmək istəyirəm. Bu günləri icbari tibbi sığorta fondunun imkanları yüksəlibdir. Və o imkan icbari tibbi sığorta onkoloji xəstəlikləri də əhatə etsin”.

Bəs, niyə hələ də onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil edilmir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirdi ki, bunu söyləmək çətindir.

“O açıqlama mənim xatirimdədir. Açıqlamada deyilir ki, gələcəkdə daxil ediləcək. Amma dəqiq vaxt və qısa müddət nəzərdə tutulmayıb, çünki İcbari Tibbi Sığorta Fondunda olan vəsaitin miqdarı hələ onkoloji xəstəlikləri qarşılamaq üçün kifayət deyildir”,- deyə deputat vurğuladı.

Arzu İSMAYIL