Deputat yenidən Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək

 17:50 22.06.2023     220

Milli Məclisin deputatı Nizami Səfərov yenidən Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.

Redaktor.az xəbər verir ki, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında" sənəd layihəsi Milli Məclisin iyunun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır.