Yayın ilk günü Azərbaycanda qar yağdı - VİDEO

 00:07 23.06.2023     689

Qusarın dəniz səviyyəsindən 3751 metr hündürlüyündə yerləşən Qızılqaya dağ massivində yerləşən Heydər Əliyev zirvəsinə bu gün axşam saatlarında qar yağıb. 

Redaktor.az bildirir ki, bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.  

Onun sözlərinə görə, bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Qusarın dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən Qaradağ adlanan massivə də qar düşüb.

Hazırda qarın yağması davam edir.