"Ermənilərin Laçındakı təxribatından sonra Gədəbəydəki təxribat gözlənilən idi” - Deputat

 11:51 23.06.2023     912

“Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.

Milli Məclisin sədri Sahibə Qafarova isə T.Gəncəliyevə cavabında bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız:

“O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.