Ölkə üzrə təbii qaz qəbulu azalıb - "Azəriqaz" rəsmisi

 12:46 23.06.2023     259

"Son sutka ərzində respublika üzrə 10 milyon 279 min kub təbii qaz qəbul olunub".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib. 

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadası üzrə 7 milyon 357 min kub, regionlar üzrə 2 milyon 922 min kub qaz qəbul olunub:

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 322 min kub az qaz qəbul edilib".

Həmidə İBRAHİMLİ