“Səhiyyə Nazirliyi hiss etmir ki, dərmanların qiyməti artır, qıtlıq var?!” - Tahir Kərimli

 13:47 23.06.2023     227

“Səhiyyə Nazirliyi hiss etmir ki, son illər ölkədə mütəmadi şəkildə dərmanların qiyməti artır, qıtlıq var, əlçatan deyil?!”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Görəsən nazirlik bu barədə nə düşünür? Tutaq ki, dəyişiklik qəbul edildi. Bəs sonra dərmanların qiymətinin ucuzlaşması mümkün olacaq? Keyfiyyətli dərman əldə edə biləcəyik? Çünki bu gün apteklərdə keyfiyyətsiz dərmanlar satılır, hətta bildiyimə görə içərisində olan bəzi komponentlərdən istifadə də edilmir”, - deyə deputat bildirib.