Qazax rayonunda keçirilən aksiyada 12 müraciət ünvanlandı

 18:15 23.06.2023     299

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qazax rayonunda təşkil olunub. Aksiyada iştirak edən 15-ə yaxın sakindən 12-si müraciətini ünvanlayıb.

Redaktor.az xəbər verir ki, 5 abonent qaz sayğacının yerinin dəyişdirilməsini, 2 sakin küçə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılmasını istəyib. Qalan digər 5 müraciət isə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən ünvanlanan problem və təkliflərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.