Rusiyadan gətirilən hind quşu əti yararsız çıxdı - FOTO

 19:12 23.06.2023     383

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Lime and Co” MMC Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039,5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.