Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yarandı - FOTO
Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəliməmmədli mənzilində sel təhlükəsi yaranıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Redaktor.az-a verilən məlumata görə, son günlərdə yağan güclü yağışlardan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.