Naxçıvan gömrükçüləri 707 min ədəd siqaret müsadirə etdi

 16:24 24.06.2023     223

Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları aksiz markasız, 35 350 qutu (707 000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edib.

Bu barədə Redaktor.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, siqaretlər Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.