Vilayət Eyvazovdan Goranboyun DYP rəisi barədə yeni əmr

 19:21 24.06.2023     827

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi işdən çıxarılıb.

Redaktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib. 

Qeyd edək ki, Müşfiq Əliyev ötən ilin iyul ayında Tərtər DYP-nin rəisi vəzifəsindən azad olunaraq, Goranboya təyin edilmişdi.