Dövlət Neft Fondu illik hesabatını açıqladı - 5,2 % zərər

 09:56 25.06.2023     317

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiyaları 5,2 % zərər edib.

Redaktor.az xəbər verir ki, bu, ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.

Hesabatda qeyd edilir ki, yaranma tarixindən keçən ilin sonuna qədər ARDNF investisiyalardan toplam 7,8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2,3 % gəlirliliyə bərabərdir. 2022-ci ildə Fondun gəlirliliyi -5,2 % olub.

Fondun ötən il 45,03 milyard ABŞ dollarına bərabər aktivləri ilin sonuna artaraq 49,03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62,1 % və ya 30,4 milyard ABŞ dolları hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19,6 % və ya 9,6 milyard ABŞ dolları hissəsi isə səhmlərə investisiya olunub. Portfelin 6,2 % və ya 3,1 milyard ABŞ dolları hissəsini daşınmaz əmlak, qalan 12,1 % və ya 5,9 milyard ABŞ dolları hissəsini isə qızıl investisiyaları təşkil edib.