"Azəriqaz"dan abonentlərə MÜRACİƏT

 14:08 25.06.2023     274

"Azəriqaz" istehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26.06.2023 -02.07.2023 tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (28-29.06.2023 tarixləri istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.

Redaktor.az-a birlikdən verilən məlumata görə, departamentin əməkdaşları həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər.

"Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və  077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər",- məlumatda qeyd olunub.