Külək güclənəcək, bəzi çaylardan sel keçəcək

 16:05 25.06.2023     911

Bakıda və Abşeron yarımadasında iyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında iyunun 26-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.